Tanınmış şirkət Müşviq Şahverdiyevi məhkəməyə verdi
Azərbaycanın məşhur komediya aktyoru, rejissor və teleaparıcı Müşviq Şahverdiyevə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, iddia ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC (VÖEN – 1403588261) tərəfindən qaldırılıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib. Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı bildirilmir.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin sahibi Zaur Darab-zadəyə məxsus olduğu bildirilir. “Cinemazadeh” MMC-yə məxsus olan və hazırda fəaliyyət göstərməyən “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadədir.
Onu da bildirək ki, bir qədər əvvəl Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk-Bank” ASC “Cinemazadeh” MMC-yə qarşı məhkəmə iddiası qaldırmışdı. Bu iddiaya isə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev tərəfindən baxılır.
731 dəfə oxundu