30 min rüşvət istəyən prokurora cinayət işi başlandı
Vətəndaşlardan rüşvət tələb edən prokuror barəsində cinayət işi başlanıb.
GUNDEMİNFO.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Emin Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 3 nəfərdən külli miqdarda pul tələb edib.
Belə ki, vətəndaş Gülşad Mirzəyeva (şərti) 2021-ci ildə tanışı Elçin Nağdəliyevin ona hədə-qorxu gəlməsi ilə bağlı yaşadığı mənzildə qollarını kəsərək özünü öldürməyə cəhd edib. Daha sonra Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edib. Müraciət polis bölməsində araşdırıldıqdan sonra toplanmış materiallar Qaradağ Rayon Prokurorluğuna göndərilib. İlkin araşdırma zamanı məlum olub ki, Gülşad Mirzəyevanın qeyd edilən hadisənin baş verməsində Elçin Nağdəliyevlə yanaşı, Emin Oruczadə və Sərxan Quliyev adlı şəxslərin də iştirakının olmasını bildirib. Həmin işlə əlaqədar prokuror Emin Seyidov sonunculara və onların yaxın qohumlarına cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə bu ilin yanvarında Qaradağ Rayon Prokurorluğundakı xidməti otağında, habelə telefon vasitəsilə 30 min manat rüşvət istəyib. Barəsində araşdırma aparılan şəxslərlə danışıqdan sonra məbləği əvvəlcə 15 min, daha sonra 10 min manata endirib.
Emin Seyidovun əməllərinin üstü açılandan sonra onun barəsində cinayət işi başlanıb. Prokurora hədə-qorxu ilə külli miqdarda rüşvət alma ittihamları verilib. E.Seyidov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. Hazırda onunla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Qeyd edək ki, E.Seyidov 2017-ci ildə prokurorluq orqanlarında işə qəbul olunub. 2020-ci ildən Qaradağ Rayon Prokurorluğunda müstəntiq işləyib.
503 dəfə oxundu