İsrail İrana hücuma hazırlaşır?

İsrail İrana hücuma hazırlaşır?
İsrail Müdafiə Nazirliyinin İrana mümkün hücuma hazırlıq üçün büdcəsinin artırılmasını istədiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, İsrail İctimai Yayım Korporasiyası (KAN) adını açıqlamadığı təhlükəsizlik mənbəsinə əsaslanaraq, mövzu ilə bağlı xəbər dərc edib.
Xəbərdə Müdafiə Nazirliyinin 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb etdiyi, bunun isə cari büdcədə 12 faiz artıma uyğun gəldiyi bildirilib.
Xəbərdə belə bir tələbin İrana qarşı mümkün hərbi hücuma hazırlıq və nazirliyin büdcəsində inflyasiya nəticəsində yaranan çökmə səbəbilə edildiyi bildirilib və artım tələbinin “həddən artıq çox” olduğu qeyd edilib.
İsrailin baş naziri Benyamin Netanyahunun yeni qurulan hökumətinin məqsədlərindən biri də İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Keçən il bir çox İsrail rəsmiləri İranın nüvə silahına malik olacağı təqdirdə ordunun mümkün hərbi hücuma hazırlaşdığını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...