İranda qaşqay türkü saxlanıldı: Gəncin taleyindən xəbər yoxdur

İranda qaşqay türkü saxlanıldı:
İranda vətəndaş etirazları səngimək bilmədiyi kimi, nümayişlərdə iştirak edən şəxslərin polis qüvvələri tərəfindən saxlanılması da davam edir.

Belə ki, Şiraz şəhərində qaşqay türklərindən olan, bəhai təriqətinə mənsub Yaşar Rasti təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Qeyd olunur ki, polis əvvəl onun evinə gəlib. Qapının bağlı olduğunu gördükdə isə evin pəncərələri sındırılıb və polis Yaşar Rastinin evinə soxulub.

Axtarışlar nəticəsində gəncin evdə yox, işdə olduğu məlum olub.

Nəticədə polis onun iş yerinə yollanıb və Yaşar Rasti qandallanaraq polis idarəsinə aparılıb.

Hazırda onun harada saxlanılması barədə yaxınlarına heç bir məlumat verilmir.

İlkin məlumata görə, Yaşar Rasti dinc etiraz aksiyalarının iştirakçısı olub və saxlanılması da bununla əlaqədardır.

Məlumat üçün əlavə edək ki, qaşqaylar İranın cənub-qərbində, əsasən, Fars vilayətində yaşayırlar. Hazırda qaşqayların sayı İranda 3,5 milyona qədərdir.

Mənbə: İranwire.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...