Bu ölkələrlə quru sərhədlərimizin açılacağı gözlənilir - Deputat

Bu ölkələrlə quru sərhədlərimizin açılacağı gözlənilir -

"Yoluxma sayı məhdudlaşan ölkələlə quru sərhədlərin açılması məqsədəuyğun olardı”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputatın fikirincə, quru sərhədlərin bağlanmasının əsas səbəbi pandemiya idi:

"Nəzərə alsaq ki, pandemiya quru sərhədlərin bağlanmasına gətirib çıxartdı. Digər tərəfdən quru sərhədlərimiz olan ölkələrdə epidemioloji vəziyyətə uyğun olaraq qərarların veriləcəyi gözlənilirdi. Bəzi qonşularımızda yoluxma sayında kəskin azalmalar, bəzi qonşularda, məsələn, Rusiyada son dövrlərdə yoluxma sayında artımlar var. Ona görə gözlənilir ki, Operativ Qərargah quru sərhədlərimiz olan qonşu ölkələrdə yoluxma sayına uyğun olaraq quru sərhədlərin açılması ilə bağlı qərar verəcək”.

Deputat hesab edir ki, quru sərhədlərin açılması turizmin inkişafı baxımından da vacibdir:

"Xüsusən Novruz bayramında Azərbaycana gələnlərin sayında artımlar olur. Eyni zamanda, vətəndaşlarımızın qonşu ölkələrə, xüsusən də Gürcüstana daha asan şəkildə səfər etməsi baxımından bu, vacib hesab olunur. Ona görə biz qonşu ölkələrdə epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin açılması məsələsinə baxılmasını təklif edirik. Düşünürəm ki, yoluxma sayı məhdudlaşan, pandemiyanın başa çatdığı ölkələr və ya ölkə ilə quru sərhədlərin yenidən açılması və quru sərhədlər vasitəsi ilə əlaqələrin bərpa edilməsi məqsədəuyğun oardı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...