Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib

Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib
Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...