Rusiya vətəndaşları Qarabağdan çıxardılır: Vəziyyət gərginləşir?
"Bu addım Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonada vəziyyətin dəyişməsilə bağlı ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Qarabağda yerləşdirilən mülki Rusiya vətəndaşlarının çıxarılması prosesinin getdiyi barədə yayılan məlumatı şərh edərkən deyib.
Politoloqun fikrincə, ekofəalların Laçın-Xankəndi yoluna nəzarət etməsi Qarabağda qeyri-qanuni fəaliyyətlərin qarşısını alıb:
"Görünən odur ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi zonada obyektiv səbəblərdən vəziyyət dəyişib. Azərbaycan ekofəalları Laçın-Xankəndi yoluna nəzarət edir. Bu müstəvidə həmin yoldan kimin nə gəldi keçirməsinin, silah-sursat daşınmasının, qeyri-qanuni kommersiya əməllərinin qarşısı alınıb.
İndi vəziyyət dəşiyib. Yəni, yoldan istifadə qaydaları məhdudlaşdırılıb. Bu da öz növbəsində orada qalan insanların gündəlik həyat tərzinə təsir göstərir. Düşünürəm ki, ərazidə yerləşdirilən mülki Rusiya vətəndaşlarının çıxmasının əsas səbəbi bununla bağlıdır”.
Həmsöhbətimizə görə, digər səbəb 2025-ci ildə Rusiya sülhməramlıların vaxtın bitməsilə əlaqədar olaraq bölgəni tərk edəcəklərilə bağlı ola bilər:
"Düşünürəm ki, Bakı Rusiya qarşısında onların ərazini vaxtı çatanda tərk etməsi məsələsini qoyacaq. Hadisələr də onu göstərir ki, mülki Rusiya vətəndaşlarının çıxarılması buna hesablanan addım da ola bilər”.
466 dəfə oxundu