“Şahbaz bəyin dillə bağlı təklifi hüquqi məsuliyyət yaradır” - Qulu Məhərrəmli

 “Şahbaz bəyin dillə bağlı təklifi hüquqi məsuliyyət yaradır” -
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun Azərbaycan dili ilə bağlı fikirləri və “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil” təklifi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmayıb. Fikir bildirənlərin böyük əksəriyyəti Şahbaz Xuduoğlunu qınayıb. Ümumi fikir bu olub ki, ortaq türk dilinin yaradılması hər bir kəsin ülvi arzusudur. Amma Azərbaycan dilinin Anadolu türkcəsi ilə əvəzlənməsini heç kəs qəbul etmir.

Məslə ilə bağlı ilkin olaraq Şahbaz Xuduoğlu ilə əlaqə saxlamağa cəhd elədik. Lakin, Şahbaz bəy telefonun dəstəyini qaldırmadı.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli isə Bizim.Media-ya açıqlamsında bildirdi ki, tamamilə cəfəng təklif və zərərli yanaşmadır:

“Bu addım milli kimliyin göstəricilərindən olan milli dilə qarşı həqarətdir, onu aşağılamaqdır. İkincisi də Şahbaz bəy dilimizlə bağlı dediyi naqisliyin, problemlərin səbəbini Ana dilində deyil, bu dilin daşıyıcıları olan insanların təfəkküründə, onların yarımçıqlığında, nökər xislətində və mütaliə mədəniyyətinin aşağı olmasında axtarmaq lazımdı”.

Qulu Məhərrəmli belə çıxışların hüquqi məsuliyyət yaratdığını da xatırlatdı:

“Dövlət dili haqqında” qanunun 18-ci maddəsinin birinci bəndində qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. Çox təəssüf ki, Şahbaz bəy bu qadağanı pozub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...