Gəncədə güclü zəlzələ olacaq? – Naqif Həmzəyevdən “qorxuruq” açıqlaması

Gəncədə güclü zəlzələ olacaq? –
"Kahramanmaraşda baş vermiş zəlzələdən sonra Gəncədə də anoloji fəlakətin baş verməsi ehtimalı bizi narahat edir"

Sfera.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“Türkiyədə baş verən zəlzələ bizi qorxudur. Çünki Kahramanmaraş ərazisində hələ 1138-ci ildə böyük zəlzələ baş verdikdən bir il sonra, Gəncədə 1139-cu ildə Göygölün yaranmasına səbəb olan irihəcmli dağıntılara səbəb olan zəlzələ olmuşdu. Buna görə də Gəncədə zəlzələnin başvermə ehtimalı insanları qorxudur. Ümid edirəm ki, bu fəlakətin qarşısını almaq üçün bina tikən şirkətlər yeyintilərə imkan yaratmaz və təməli doğru qurulan binalar tikərlər” – millət vəkili qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...