Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq

Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənir.

Yeniavaz.com Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntıl olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...