İcra başçısı dünya kuboku qaznan tərtərli gənci qəbul etdi

İcra başçısı dünya kuboku qaznan tərtərli gənci qəbul etdi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 18-21 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda 48 kiloqram çəki dərəcəsində "Fulkontakt" versiyasında 2 döyüş keçərək ikinci yer tutan gənc idmançı Qurbanov Murad Bəhruz oğlunu qəbul edib.
Rayon rəhbəri Murad Qurbanovu əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
Görüşdə gənc idmançı Murad Qurbanov gələcək planlarından danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda idmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.


İcra başçısı dünya kuboku qaznan tərtərli gənci qəbul etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...