Xaçmazda qaz xəttinə hava vurulduğu iddia edilir - VİDEO

Xaçmazda qaz xəttinə hava vurulduğu iddia edilir -
"Qaz xəttinə hava vurulur".

"Xəzər Xəbər"in “qaynar xətti”nə müraciət edən Xaçmaz sakini iddia edir ki, abonentlərin istifadəsində olan qaz xəttinə müdaxilə edilib.

Daha dəqiq desək, qaz üçün nəzərdə tutulan xəttə hava vurulur.

Xaçmaz sakinləri həmçinin mavi yanacaq verilişində fasilələr olduğunu da iddia edirlər.

"Azəriqaz" İstehsalat Birliyinin Texniki istismar şöbəsinin böyük mühəndisi Pərviz Nəbiyev qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədi ilə istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması üçün daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq işləri həyata keçirilir.

Bəs qaz xəttinə hava niyə vurulur ? Buna görə abonentlərə əlavə ziyan dəyirmi?

Pərviz Nəbiyev bildirib ki, boruların mövsümə hazırlanması prosesində əgər sızma aşkar olunmadıqda vətəndaşlar yenidən mavi yanacaqla təmin olunur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...