"Maaşları ödəyə bilmirik, qəzetimiz bağlanacaq" – Deputat

"Maaşları ödəyə bilmirik, qəzetimiz bağlanacaq" –
“Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı “Azərbaycan” qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

Deputat bildirib ki, ötən il müraciətləri əsasında birdəfəlik yardım göstərilib: “Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir.

Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə çapımız dayanacaq. Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq, 2 və ya 3 növbəli olur. Bir çox əməkdaşımız uzun illərdir, qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Qəzet bağlansa, qəzetin işçilərinin mətbuat xidmətlərində və digər yerlərdə işlə təmin olunmasını xahiş edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...