Gədəbəy icra başçısı aksiya yerinə gəldi - FOTOLAR - VİDEO
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov sakinlərin aksiya keçirdikləri əraziyə gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Həmin fotoları təqdim edirik:
***11:28
Gədəbəy sakinləri süni göl yaradılmasına etiraz aksiyası keçirirlər.

Onlar əllərində müxtəlif plakatlar qaldıraraq yürüş keçiriblər.
Qeyd edək ki, sosial şəbəkələrdə daha öncə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, ötən gün – iyunun 19-da günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.
Daha sonra hadisə yerindən yeni görüntülər yayılıb. Yayılan görüntülərdə polis əməkdaşlarından birinin ərazini tərk edən yaşlı qadının üzünə gözyaşardıcı qaz sıxdığı müşahidə olunur. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar bir qrup əməkdaş Gədəbəy rayonuna ezam olunub:
“Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir”.
467 dəfə oxundu