Muxtar Babayev: "Söyüdlü sakinlərinin göllə bağlı narahatlığı ciddi şəkildə öyrəniləcək, təhlillər aparılacaq"

Muxtar Babayev: "Söyüdlü sakinlərinin göllə bağlı narahatlığı ciddi şəkildə öyrəniləcək, təhlillər aparılacaq"
"Sizin göllə bağlı narahatlığınız çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar burada təhlillər aparacaqlar".

"Report"un xəbərinə görə, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi məsələlərinin hamısı araşdırılacaq:

"Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...