Yol Polisi məhkəmə qərarını niyə icra etmir? – Açıqlama + Fotolar
Bakı şəhər Dövlət Yol Polis İdarəsi məhkəmənin qərarını icra etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə vətəndaş Qasımlı Vüsal Fərman oğlu bildirib.
Vüsal Qasımlı bildirir ki, bu ilin fevral ayının 2-də Nəsimi rayon məhkəməsi Bakı şəhər Dövlət Yol Polis İdarəsinin onun haqqında çıxardığı TP 5291072 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edib və işə yenidən baxılması haqqında qərar verib.
Şikayətçi bildirir ki, 29 sentyabr 2022-ci il tarixində idarə etdiyi avtomobil başqa sürücünün idarə etdiyi avtomobillə toqquşub: “Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Elnur adında əmakdaşı gəlib. Avtomobilin sənədi və sürücülük vəsiqəmi götürüb ertəsi gün üçün kabinetinə getməyi məndən tələb etdi. Oraya gedib qəbuluna düşdüm, mənim günahkar olduğumu bildirdi, qəti etiraz etdim. Əleyhimə qərar çıxarıldığını bilən kimi məhkəməyə müraciət etdim. Məhkəmə prosesi 5 dəfə oldu, çünki Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Elnur adlı əməkdaşı yalnız 5-ci məhkəmə prosesinə gəlib çıxa bilmişdi. Məhkəmə prosesi zamanı inzibati xəta barəsində verdiyi qərarı heç bir sübutla əsaslandıra bilmədi. Özünün tərtib etdiyi, guya hadisəni əks etdirən sxemin isə hadisə yerində çəkdiyim şəkillər sayəsində saxta olduğu üzə çıxdı. Bakı şəhər Dövlət Yol Polis İdarəsi məhkəmənin bu qərarını icra etmir və səhv yazılan inzibati cəriməyə görə ona əlavə faizlər hesablanır”.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Yeniavaz.com-a bildirib ki, məhkəmə qərarının icra olunmaması mümkün deyil:
“Ola bilsin ki, bu appelyasiya şikayəti ilə əlaqədar olaraq araşdırılmaya verilib”.
Şikayətçi isə bildirir ki, bu barədə ona hər hansı bir məlumat verilməyib:
“Ortada məhkəmə tərəfindən qəbul edilən qərar var və həmin qərarın qəbulundan 5 aydan çox vaxt keçib. Amma bu müddət ərzindən Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən heç bir addım atılmayıb”.
536 dəfə oxundu