Bakıda Fransa müstəmləkəçiliyi əleyhinə çağırış edildi

Bakıda Fransa müstəmləkəçiliyi əleyhinə çağırış edildi
“2021-ci ildə Kaledoniyada keçirilən referendumu yerli əhali təxirə salmaq istəsə də, Fransa hökuməti bunun əksini israr edib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Yeni Kaledoniya Parlamentinin sədri Rok Vamitan deyib.

O bildirib ki, nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib.

“Fransa müstəmləkəçilik siyasətini davam etdirir. Bu gün Bakıda keçirilən tədbirdə iştirak edərək, bu qanlı müstəmləkə tarixinin bir daha təkrarlanmaması üçün çağırışlar edirik”, - deyə o əlavə edib.
O qeyd edib ki, müstəmləkəçilik siyasətinə son qoyulmalıdır.

Vamitanın sözlərinə görə, Fransanı bürüyən sosial böhran ölkədə diktator hökumət olduğunun sübutudur:

“Bura irqçi cinayətləri də əlavə edə bilərik. Fransa ilk iki referendumu “boykot” edib. Fransa hökuməti xalqımızın seçiminə məhəl qoymur”, - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...