Salyan xəstəxanasında iki ölüm: Baş həkim ”xəbərim yoxdur” deyir

Salyan xəstəxanasında iki ölüm:
Xəbər verdiyimiz kimi, Salyan Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilən hamilə qadının uşağı ölü doğulub.

Belə ki, rayonun Kürqaraqaşlı kənd sakini olan 26 yaşlı A.A. 22 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. Bir qədər sonra o, ölü uşaq doğub.

Bundan başqa, adı çəkilən xəstəxanaya böyrək çatışmazlığı diaqnozu ilə daxil olan 40 yaşlı C.Abbasova da tibbi müdaxiləyə baxmayaraq, vəfat edib.

Məsələ ilə bağlı Salyan MRX-nın baş həkimi Nurlan Hüseynovla əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında xəstəxanada hamilə qadının ölü uşaq dünyaya gətirməsindən xəbərsiz olduğunu dedi: “Hamilə qadınla bağlı məlumatım yoxdur. Ola bilsin yenidir, mən görməmişəm. Ya da çox köhnə xəbərdir, indi ortaya çıxıb. Digər məsələ ilə bağlı isə faktları açıqlamaq səlahiyyətim yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...