SOCAR-ın beş vitse-prezidenti vəzifəsindən azad edilib

SOCAR-ın beş vitse-prezidenti vəzifəsindən azad edilib
Daşqın Ələm oğlu İskəndərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov da Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

17:15
Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Süleyman Mehrəli oğlu Qasımov da Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.a



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...