Uşaqlarda inkişafın gecikməsinin səbəbləri nələrdir? - Siyahı
Mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər. Doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək olar.
Yeniavaz.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib. Onun sözlərinə görə, uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozlar aiddir.
"Neonatal dövr körpə üçün xarici mühitə uyğunlaşmasında həlledicidir. Neonatal dövr doğulandan 28 gününə qədər davam edir. Hamiləlik dövrün fizioloji vəziyyət qənaətbəxş olduqda və doğuş fəsadsız keçdikdə, yenidoğulanlarda əsas qiymətləndirilmə neonatoloq tərəfindən aparılır. Əgər nevroloji simptomlar qeyd olunarsa, körpə neonatoloq tərəfindən nevroloqa yönəldilir.
Həmçinin valideynlər özləri nevroloji simptomları müşahidə edə bilərlər. Bu dövrdə körpədə sianoz tutmaları (ağlayarkən göyərmələr), yuxu pozğunluğu, əyriboyunluluq, əzələ tonusunun pozğunluğu (uşaq ya süst və ya əksinə çox gərgin vəziyyətdə olur), əmgəyin qabarıq olması, qıcolmalar və s. kimi əlamətlər nevroloji xəstəliklərin simptomları ola bilər.
Dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir. 2-3 yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil.
Uşaqlarda yuxu pozğunluğunun əsas səbəbləri bunlardır:
• Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;
• Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
• Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar".
Körpələrdə əmgəyin nə zaman birləşməli olduğu barədə danışan həkim qeyd ediv ki, doğularkən körpədə 6 əmgək növü müşahidə oluna bilər: cüt və qeyri-cüt:
"Ən “məşhur” 2 alın və 2 təpə sümükləri arasında yerləşən böyük əmgəkdir. Əmgəklərin ölçülərinə fərdi göstəricilər təsir edir: hestasiya yaşı, genetik meyillik, maddələr mübadiləsinin vəziyyəti, xəstəliklərin olması.
Sağlam körpələrin 1%-də böyük əmgək 3 aya qədər bağlana bilər. Həmin uşaqların valideynləri narahat olmasına səbəb yoxdur, onlar ancaq baş dairəsinin ölçüləri nəzarət altında saxlamalıdırlar. Kəllə ossifikasiyası prosesində böyük əmgək 12-18 aya qədər tamamilə bağlanır.
- İnkişaf gecikməsi aşağıdakı səbəblərdən yarana bilər:
• ananın xroniki xəstəlikləri;
• hamiləlik zamanı alkoqol istifadəsi;
• psixotrop dərmanlar;
• irsi faktorlar;
• məişət şəraitinin münasib olmaması;
• ailədaxili münasibətlər;
• zəif qayğı.
Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə diqqət yetirin. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa. Körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicə təyin olunur".
405 dəfə oxundu