Rayon rəhbərinin sədrliyi ilə aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon rəhbəri əvvəlcə “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planınına uyğun olaraq rayonda keçirilmiş və keçiriləcək tədbirlər barədə məlumat verib, idarə, müəssisə və təşkilatlarda Ulu Öndərlə bağlı tədbirlərin il ərzində davam etdiriləcəyini bildirib.
Sonra Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, vətəndaş müraciətlərinin Rəqəmsal İcra Hakimiyyəti Portalı vasitəsilə etmələri barədə maarifləndirmə işinin aparılması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, içməli sudan qənaətlə istifadə olunması və əkin sahələrinin suvarılma suyuna olan təlabatının növbəlilik əsasında təşkili, İƏD üzrə nümayəndələr tərəfindən sakinlər arasında əmlaklarının sığortalanması, bələdiyyə rüsumlarının vaxtında yığılması ilə əlaqədar maarifləndirmə işlərinin aparılması, soydaşlarımızın haqq səsinin bütün dünyaya çatdırılması üçün Qərbi Azərbaycan İcmasının sosial şəbəkə ünvanlarını izlənilməsi və paylaşılması üçün əhali arasında təbliğat işlərinin aparılması, bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə, şəhid abidələrinin ətrafında təmizlik-abadlıq işlərinin görülməsi, aqrar sahədə aparılan mövsümi işlər-pambığın, çuğundurun suvarılması və becərilməsi və digər məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, Tərtrər RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Azərçuğundurun Tərtər rayonu üzrə nümayəndəsi Loğman Müseybov çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib, işində nöqsanlara yol vermiş inzibati ərazi üzrə nümayəndələrə xəbərdarlıq edilib.
516 dəfə oxundu