Tanınmış tiktoker yenidən həbs edildi

Tanınmış tiktoker yenidən həbs edildi

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

Qaynarinfo xəbər verir ki, Rəşad İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Qeyd edək ki, Rəşad İsmayılov "Veçni Rəşad” təxəllüslü ilə tanınan "tiktoker"dir. O, bu ilin mart ayında da saxlanılmış və 10 sutkalıq həbs cəzası təyin edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...