“Bəlkə həmişəlik baş götürüb bu ölkədən getmək vaxtıdır?” – Çingiz Abdullayev

“Bəlkə həmişəlik baş götürüb bu ölkədən getmək vaxtıdır?” –
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini deyib.
GUNDEMINFO.AZ xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Mənə edilən axmaq hücumlardan yorulmuşam. Axmaq yazacağam, axmaqlar inciyəcəklər. İstedadsız olduqlarını yazacağam daha da inciyəcəklər. Birlik katibimiz (AYB-nin mətbuat katibi) mənə izah etdi ki, indi bu, belə bir tendensiyadır: “Özlərini önəmli göstərmək üçün sizin barənizdə yazırlar. Çünki başqa cür alınmır. Sizin fonunuzda onlar daha əhəmiyyətli görünürlər”.
“Bunlar məni sıxır. Bəlkə də doğrudan, həmişəlik baş götürüb bu ölkədən getmək vaxtıdır? Bu, məni çox incidir. Bura mənim ölkəmdir, mənim şəhərimdir. Amma məni bu şəhərin ləhçəsində danışdığım üçün qınayırlar. Belə yaşayırıq. Qeyri-adekvat adamlar çoxdur. Bu, artıq əhalini də korlayır. Bir şey etmək vaxtıdır!”, - Xalq yazıçısı qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...