Bu rayonların sakinlərinə xəbərdarlıq edildi

Bu rayonların sakinlərinə xəbərdarlıq edildi
Bu gün Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Belə ki, sentyabrın 4-ü saat 10:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması, həmçinin "Tbilisi prospekti” ölçü qovşağından qidalanan "Motodrom” əhali qaz kəməri üzərində və Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan zaman Qaradağ rayonu, Sahil qəsəbəsinin tam olaraq və Binəqədi rayonu, Motodrom ərazisinin, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...