“Ölkəyə düyünün 85 faizi xaricdən idxal olunur” – Yerli istehsal niyə zəifdir? /ŞƏRH
“Hazırda ölkə əhalisinin düyüyə olan illik tələbatı təqribən 45-50 min tondan çoxdur. Bunun da 80-85 faizi idxal yolu ilə təmin edilir”.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev “vergilər.az”-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ildə 15-20 min ton çəltik istehsal olunur. Emaldan sonra isə bunun təqribən 30-40 faizi, başqa sözlə desək, 8-10 min tonu hazır məhsul kimi təqdim edilir: “Tələbatı ödəmək üçün Özbəkistan, Qazaxıstan, Rusiya, Hindistan, Pakistandan düyü idxal edirik. Uzun düyülərin əsas satıcısı Şərq ölkələridir, yumru düyüləri isə Qazaxıstan, Rusiya və Özbəkistandan gətiririk”.
R.Əliyev bildirib ki, hazırda ölkə üzrə 2000-2200 nəfər çəltikçiliklə məşğuldur. Ənənəvi olaraq çəltik əkən iqtisadi rayon Lənkəran-Astara bölgəsidir: “Dövlət proqramında Biləsuvar rayonunda 1000 hektar sahədə çəltik əkmək nəzərdə tutulsa da, təəssüf ki, su problemi səbəbindən son 3 ildə burada işlər dayandırılıb. Buğda əkinindən fərqli olaraq, çəltik əkini daha gəlirli olduğundan İmişli, Salyan rayonlarında bu sahəyə maraq artıb, hektarlarla torpaq icarəyə götürülərək istifadə edilir. Şirvan bölgəsində – Zərdab, Ucar, Ağdaş, Göyçay rayonlarında da çəltik əkini artıb”.
Onun sözlərinə görə, əkin sahələrinin 50 faizi cənub bölgəsində, 50 faiz isə adları qeyd olunan rayonlardadır. Bu, təqribən 4000 hektardan çox sahədə çəltik əkininin aparılması deməkdir.
R.Əliyev deyib ki, çəltiyin istehsalı ƏDV-dən azad edilsə də satışı ilə bağlı bəzi problemlər qalırdı. Sevindirici haldır ki, artıq bu məsələ öz həllini tapıb və çəltiyin satışı da ƏDV-dən azad edilib. “Bütün bunlara baxmayaraq, xüsusən istehsalda subsidiyanın artırılmasına ciddi ehtiyacımız var”.
Ekspertin fikrincə, çəltikçiliyi inkişaf etdirmək, özümüzü düyü ilə heç olmasa 50 faiz təmin etmək üçün bəzi torpaqları bu məqsədlər üçün istifadə edə bilərik: “Korporasiya formasında birləşməklə müəyyən investorları cəlb edərək, dövlət dəstəyi ilə çəltikçiliyi köklü şəkildə dəyişdirmək olar. Muğan bölgəsində su altında qalan torpaqları, eləcə də cənub bölgəsində bəzi torpaqları çəltikçiliyə cəlb etməklə düyü idxalından olan asılılığımızı azalda bilərik. Buna nail olmaq üçün ölkəmizin kifayət qədər qüdrəti, çəltikçilik üçün yararlı torpaqlarımız, mütəxəssislərimiz var”.
Dövlət proqramının qəbulundan sonra Lənkəran-Astara bölgəsində 5 çəltik emalı fabriki qurulub.
473 dəfə oxundu