Koronavirusun yeni variantı Azərbaycanda da yayılıb?

Koronavirusun yeni variantı Azərbaycanda da yayılıb?
Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev deyib.

O qeyd edib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:

"COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir".

"Vətəndaşlarımıza bildirmək istərdik ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir", - deyə həkim qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...