İcra başçısı şəhid ailələrini ziyarət etdi

İcra başçısı şəhid ailələrini ziyarət etdi
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Qaradağ rayon Lökbatan qəsəbəsində və Qızıldaş qəsəbəsində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi.

“Anım Günü” ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Qaradağ rayon Lökbatan qəsəbəsində və Qızıldaş qəsəbəsində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığlarını ifadə etmişdirlər. Şəhidlərin və qazilərin ailə üzvlərinə olan qayğının hər zaman yüksək səviyyədə olduğunu bildirmişlər.

İcra Hakimiyyəti başçısı tərəfində Şəhid ailələri ilə səmimi söhbət edilmiş oları narahat edən məsələlər araşdırılmış və yerində həll edilmişdir.


İcra başçısı şəhid ailələrini ziyarət etdi
İcra başçısı şəhid ailələrini ziyarət etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...