Rəsmi Bakı açıqlama yaydı – Xankəndidəki partlayışla bağlı

  Rəsmi Bakı açıqlama yaydı –
Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Yeniavaz.com Prezident Administrasiyasına istinadla xəbər verir ki, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...