«Kapital Bank» kartlarından nağdlaşdırmaya görə 2 manat tutulacaq
Azərbaycanın bank sisteminin liderlərindən olan «Kapital Bank» müştərilərinə təqdim etdiyi bank kartları üzrə nağdlaşdırma komissiyası tutmağa başlayacaq.
FED.az xəbər verir ki, yanvar ayının 15-dən etibarən bankın «Umico» kartları istisna olmaqla digər bütün növ kartları ilə başqa banklara aid olan bankomatlardan nağdlaşdırma edən zaman, nağdlaşdırmanın məbləğindən asılı olmayaraq 2 manat komissiya tətbiq olunacaq.
Bankdan FED.az-a bildirilib ki, yeni qayda «Birbank Cashback debet», «Birbank Miles debet», «Birkart Black debet», «Birkart ƏDV», «Visa İnfinite Miles debet», «Mastercart World Elite Miles debet» kartlarına şamil olunacaq.
Qeyd edək ki, indiyədək bu kartlar üzrə «KapitalBank»ın öz bankomatlarında və digər bankların bankomatlarında nağdlaşdırma qaydası eyni idi. Belə ki, 5000 manata qədər komissiya yox idi, 5000 manatdan yuxarı nağdlaşdırmada isə cəmi 0,5%-lik faiz tətbiq edilirdi – minimum 1 AZN/Dollar/Avro olmaqla.
İndi isə bu qayda dəyişir – «KapitalBank» bankomatlarında nağdlaşdırma tarifləri eyni olaraq qalır, digər bankların bankomatlarında isə məbləğdən asılı olmayaraq 2 manat müəyyən edilib.
«KapitalBank»ın tətbiq etdiyi yeni qayda banklar arasında rəqabəti daha da sərtləşdirəcək.
Qeyd edək ki, «KapitalBank» olduqca böyük bankomat şəbəkəsinə malikdir. 2023-cü ilin sonuna ölkədə fəaliyyət göstərən 3114 bankomatın 3-də biri, və ya 1121-i «Kapitalbank»ın payına düşür.
299 dəfə oxundu