Taleh Qaraşovun qar sınağı: Kənd və qəsəbələrlə əlaqə kəsilib! (FOTO/VİDEO)
Azərbaycanın əksər bölgələrinə olduğu kimi, Lənkərana da qar yağıb.
Qayanrinfo-nun məlumatına görə, digər şəhər və rayonlardan fərqli olaraq Lənkəranın şəhər, qəsəbə və kəndlərində yağan qar yolları iflic vəziyyətə salıb.
13 yanvar tarixindən bu günə kimi Lənkəranda əksər kəndlərlə şəhər arasında əlaqə kəsilib. Əksər yollar qar örtüyündən təmizlənmir.
İnsanlar Lənkəran Rayon İcra Hakimiyyəti Taleh Qaraşovubn fəaliyyətindən narazılıqlarını açıq şəkildə dilə gətirirlər. Vətəndaşlar İcra Hakimiyyəti və aidiyyatı qurumların təbiət hadisəsinin yaradığı problemlərə öncədən hazırlaşmamasından narazılıqlarını ifadə edirlər.
İcra başçısı qar yağmazdan əvvəl qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verməli idi. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməli idi.
Amma indi Taleh Qaraşovdan xəbər var, nə də ki, texnikalar gözə dəymir.
Yollar qar örtüyü ilə bağlanıb, işıq dirəkləri və kabel xətləri qırılıb. Rayonda bütün komunnal sistemlər sıradan çıxıb. Yalnız bu gün səhər Bakıda göndərilən texnikaların hesabına rayonun bəzi yerlərinə elektrik enerjisinin verlişi bərpa edilib.
Amma kənd və qəsəbələrdə yollar qar örtüyündən bağlı olaraq qalır. Xəstələr təcili yardım avtomobili ilə xəstəxanalara çatdırıla bilmir. İnsanlar bütün bu problemlərin səbəbini Taleh Qaraşov və İcra Hakimiyyətuində görürlər...
267 dəfə oxundu