Xarici ticarət dövriyyəsində azalma olub – Rəsmi

Xarici ticarət dövriyyəsində azalma olub –
Yola saldığımız 2023-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 51 milyard 184 milyon dollar olub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2022-ci illə müqayisədə 1 milyard 502 milyon dollar və ya 2,8% azalıb.
Ötən il idxal əməliyyatları üzrə 17 milyard 285 milyon dollar, ixrac əməliyyatları üzrə 33 milyard 896 milyon ticarət həcmi qeydə alınıb.
2023-cü ildə ticarət dövriyyəsində 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. 2022-ci illə müqayisədə ötən il ticarət dövriyyəsinin müsbət saldosunda 6 milyard 994 milyon dollarlıq və ya 29,6%-lik azalma qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
409 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...