"Karona Ltd"yə 8 minlik cərimə - Şirkətin külli miqdarda borcu var
"Karona Ltd" Məhdud Məsuliyyətli Cəmiyyəti əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə iş başlanıb.
215.1-ci maddəyə əsasən, fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin icraatındadır.
Qeyd edək ki, qanuni təmsilçisi Səfərov Elvin Hümbət oğlu olan "Karona Ltd" MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 63.741,20 manat vergi borcu var.
Xatıradaq ki, şirkətin daxilində bir sıra istehsal müəssisələri var. 2013-cü ildə "Karona LTD” MMC-yə məxsus balıq emalı müəssisəsində dövlət nəzarəti aparılan zaman "Seven fish” nişanlı balıq məmulatları ГОСТ 11482-96 standartının tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunduğuna görə şirkətə soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.
442 dəfə oxundu