Dövlət sektorunda işləyən 3,5 min nəfər öz işini itirib – Rəsmi
Bu ilin yanvar ayının 1-nə olan rəsmi məlumatlara görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 249,7 min nəfər olub və onların 4 milyon 963,3 min nəfərini məşğul əhali təşkil edib.
Yeniavaz.com xəbər verir ki, 2023-cü il dekabrın 1-nə olan məlumata görə isə, Azərbaycanda muzdla (əmək müqaviləsiylə) çalışan işçilərin sayı 1 milyon 732,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,8 min nəfər, qeyri-dövlət sektorunda isə 832,8 min nəfər olub.
Məlumat üçün bildirək ki, son bir il ərzində ölkədə muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı cəmi 0,1 min nəfər və ya 0,006% artıb. Belə ki, 2022-ci ilin dekabrın 1-nə olan məlumata görə muzdla çalışan işçilərin sayı 1 milyon 732,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 829,2 min nəfər təşkil edib.
Açqılanan məlumatlardan da göründüyü kimi, son bir ildə dövlət sektorunda işləyən işçilərin sayı 3,5 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 3,6 min nəfər artıb.
Məlumat üçün onu da bildirək ki, bir-neçə ay əvvəl Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirmişdi (https://vergiler.az/news/taxes/27014.html ) ki, 2019-cu ildən muzdlu işdən gəlirlərə tətbiq edilmiş vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı təmin edib və bunun nəticəsində islahata başlandığı gündən indiyədək qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1,6 dəfə artıb.
Lakin qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar Dövlət Vergi Xidmətinin rəis müavininin açıqladığı məlumatlardan fərqli olub.
Belə ki, 2019-cu ilin yanvar ayının 1-nə olan rəsmi məlumatlara görə Azərbaycanda qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 646,4 min nəfər olub. Bu ilin əvvəlinə olan məlumatda isə həm qeyri-neft, həm də neft sektorunun özəl bölməsində 832,8 min nəfərin işlədiyi bildirilir. Bu isə o demıəkdir ki, 2019-cu ilin əvvəlindən bu ilin əvvəlinə kimi qeyri-neft sektorunun özəl bölməsində işləyən muzdlu işçilərin sayı 29%-dən çox arta bilməz.
317 dəfə oxundu