Eyni anda 2 işdə işləyən şəxslərin sayı məlum oldu
Ötən ilin dekabr ayının 1-ə olan sonuncu məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 732,6 min nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Açıqlanan məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə, yəni son bir ildə muzdla çalışan işçilərin sayı cəmi 0,1 min nəfər artıb. Belə ki, 2022-ci ilin dekabr ayının 1-də ölkədə 1 milyon 732,5 min nəfər muzdla çalışan işçi olub.
Məlumat üçün onu da bildirək ki, muzdla çalışan işçilərin sayında ciddi artım olmadığı halda əmək müqaviləsi ilə çalışan işçilərin sayı daha çox artıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, ötən ilin dekabr ayının 1-də Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 805 mini ötüb. Bir il əvvəl - 2022-ci ilin dekabr ayının 1-də ölkədə 1 milyon 741,5 min əmək müqaviləsi olub. Nəticədə, son bir ildə əmək müqavilələrinin sayı 63,5 min və ya 3,6% artıb.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, əmək müqavilələrinin sayı muzdla çalışan işçilərin sayından 72,4 min ədəd çoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsi ilə çalışan şəxslər olduğu qeyd olunur.
Bu, həm də o deməkdir ki, 72,4 min muzdlu işçi eyni zamanda 2 işdə işləyir.
298 dəfə oxundu