“Medicare Klinika”sı sertifikasiyadan keçməyən işçilər çalışıdırıb – Cərimə olundu

“Medicare Klinika”sı sertifikasiyadan keçməyən işçilər çalışıdırıb –


“RM Medicare Klinika” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadinin icraatındadır.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan klinikanın qanuni təmsilçisi Hüseynova Simuzər Elqar qızıdır.

cumhuriyyet.z


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...