İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda 28 nəfər vətəndaşın müraciəti dinlənilib.
Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə
həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq üçün torpaq sahəsinin
ayrılması, ev növbəsinin tezləşdirilməsi, torpaq mübahisəsi, evinə qaz
verilişinin bərpa olunması, həyətyani torpaq sahəsinin ayrılması, heyvandarlıq
aktivləri ilə təmin olunma, işıq dirəyinin bərkidilməsi, əkin üçün bələdiyyədən
torpaq sahəsinin ayrılması, işlə təmin olunma, maddi köməklik və digər şəxsi
məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri
tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid
müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə
vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah
halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
211 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...