Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin olundu
Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb.

Gundeminfo.az xəbər verir ki, Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Sonra Fikrət Məmmədov and içib.

Xatırladaq ki, fevralın 15-də Nazirlər Kabineti istefa verib. Bir gün sonra isə Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. 2000-ci ildən Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsini icra edən Fikrət Məmmədov bu siyahıda yer almayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...