DOST proqramçı şirkətə elektrik xətti çəkdirir: AzCİS bir ildə agentlikdən 5 milyonluq tender “udub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində ola “Dayanıqlı və Operativ Sosial Təminat” Agentliyi (DOST) daha bir milyonluq tenderinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, dəyəri 1.332.671,27 manat olan və Quba DOST Mərkəzi, Peşə Hazırlığı Mərkəzi və emalatxana binasının xarici elektrik təchizatı işlərinin satınalınmasını ehtiva edən proseslə bağlı “AZCİS” MMC ilə müqavilə bağlayıb.
Gundeminfo.az xəbər verir ki, tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, “AZCİS” MMC 28.01.2013-cü ildə yaradılıb. Şirkətin əsas fəaliyyət növü Coğrafi İnformasiya Sistemləri hazırlamaqdır. Yəni, istənilən məkanla bağlı məlumatların toplanması, emalı, saxlanılması, hazırlanması, kartoqrafik təqdimatı və yayılmasını təmin edir.
Qeyd edək ki, şirkətin rəsmi saytında elektrik xətlərinin çəkilməsi ilə bağlı hər hansı fəaliyyət növü ilə məşğul olmasına dair heç bir məlumat yoxdur. MMC hazırda Bakı şəhəri, Nəsimi rayon, Vaqif prospekti 3 ünvanında mənzillənib. Şirkətin qanuni təmsilçisi Rüstəmli Sayalı Elsevər qızıdır.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi son 9 ayda təkcə iki sahə üzrə 8.4 milyon manat pul xərcləyib. Belə ki, Agentlik Sumqayıt DOST, Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzində işlərin görüıməsi prosesini də “AZCİS” MMC-yə həvalə edib. Təkcə, bu müqavilə çərçivəsində DOST MMC-yə 3.076.400,42 manat ödəyib.
Bu ilin fevralında isə sözügedən qurum mərkəzlər üçün yeni İT və yardımçı avadanlıqların satınalınması ilə bağlı elan etdiyi tenderi “B2B GROUP” şirkətinə verib və bu məqsədlə 5 389 546 manatlıq müqavilə bağlayıb.
Onu da bildirək ki, DOST-un adı bir müddət əvvəl “Azərenerji”nin prezidenti Balababa Rzayevin kürəkəni ilə satınalma müqaviləsi məsələsində də hallanmışdı. Həmin vaxt agentlik “1 saylı Bakı DOST Mərkəzi” üçün inzibati binasını icarəyə götürülməsi ilə bağlı Fərid Rüfət oğlu Fərhadzadə ilə anlaşmışdı. Bunun üçün 4 milyon 874 min 760 manat ödəmişdi. O da məlum olmuşdu ki, bu, DOST-la Fərid Fərhadzadə arasında ilk razılaşma deyil. Hələ 5 il əvvəl də ondan bina icarəyə götürülübmüş
277 dəfə oxundu