“Pobeda” şokoladlarından qurd çıxdı: Alıcılar diqqətli olun!

“Pobeda” şokoladlarından qurd çıxdı: Alıcılar diqqətli olun!
Rusiya istehsalı olan “Pobeda Dollar” şokoladları ilə bağlı dünyanın bir neçə ölkəsindən şikayətlər gəlməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, Gürcüstan və Ermənistandakı marketlərdə satılan “Pobeda” şirkətinin bu məhsulundan qurd çıxması halları müşahidə olunub.

Hətta sosial şəbəkələrdə bununla bağlı videolar da yayınlanıb.

“Pobeda” şirkəti istehsal etdiyi məhsullarının zay olduğu barədə ittihamları rədd edir. Şirkət bildirir ki, bu problem satışı həyata keçirən marketlərə aiddir. “Onlar saxlama şəraitinə riyaəyət etməyiblər”.

Lakin iri marketlər şirkətin iddialarını və ittihamlarını qəbul etmirlər. Onlar hesab edirlər ki, saxlanılma şəraitində problem ola bilməz.

Bəs, görəsən, analoji firmanın şokoladları Bakıda satılırmı? Əgər satılırsa, istehlakçıların diqqətli olması lazımdır. Ki, analoji durumla üzləşməsinlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...