NBC: Trampın planları ABŞ büdcə kəsirini artıra bilər

NBC: Trampın planları ABŞ büdcə kəsirini artıra bilər
ABŞ prezidenti Donald Trampın siyasi proqramının həyata keçirilməsi, hətta İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) dövlət xərclərini azaltmağa müvəffəq olsa belə, ölkənin büdcə kəsirinin artmasına səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə “NBC News” ekspertlərə istinadən məlumat yayıb.

Beləliklə, kanalın həmsöhbətlərindən birinin nöqteyi-nəzərindən, hətta təhsilə ayrılan bütün xərclərdən və digər ölkələrə yardım göstərməkdən tamamilə imtina etmək belə büdcə balansına yaxınlaşmağa imkan verməyəcək, çünki Trampın korporativ gəlirlərə vergiləri azaltmaq planları əlavə trilyonlarla kəsir gətirəcək.

Digər ekspertin fikrincə, vergi güzəştləri ideyasını həyata keçirmək və eyni zamanda büdcəni tarazlaşdırmaq üçün büdcə xərclərinin ən azı 30%-dən imtina etmək lazımdır. Telekanalın söhbət etdiyi başqa bir mütəxəssis hesab edir ki, belə olan halda sosial təminat, tibb və müdafiə ilə bağlı xərclərin 75%-ə qədərinə yenidən baxılmalı olacaq.

Xatırladaq ki, Tramp yanvarın 23-də ölkədə istehsalı stimullaşdırmaq üçün korporativ gəlir vergisini 15%-ə endirmək planlarını açıqlamışdı. Prezident etiraf edib ki, bunun üçün demokratların razılığı lazımdır, lakin o, razılığın əldə olunacağına əmin olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...