Lənkəranın memarı sahibkara niyə zülm edir? - Qarşı tərəfin cavabı - VİDEO
Astara rayon sakini Fariz adlı iş adamı iddia edir ki, Lənkəran rayonu Parakənd kəndində istixana qurub. Yeni iş yeri yaradıb. Lakin onun istixanasını İcra Hakimiyyətinin göstərişi ilə dağıdıblar. Vətəndaş iddia edir ki, Lənkəran Rayon İcra Hakimiyyətinin baş memarı Mahir Axundov ondan 40 min manat rüşvət istəyib. Vermədiyinə görə də ona qarşı qərəzli münasibət göstərilib.
Şİkayətçi sosial şəbəkələrdə yaydığı müraciətinddə bildirib ki, mübahisəli ərazi ilə bağlı məhkəməyə mürciət edilib. Lakin məhkəmə qərarını gözləmədən Lənkəran İcra Hakimiyyəti xüüsusi texnika yollayaraq iş adamına məxsus istixananı dağıdıb. Nəticədə iş adamına ciddi maddi ziyan dəyib. Yeri gəlmişkən vətəndaş iddia edir ki, əlində ərazinin ona məxsus olduğunu sübut edən mülkiyyət sənədi ("kupça") var.
İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Astara sakini olan iş adamının sosial şəbəkələrdə yayılan video müraciətini təqdim edirik:
Mövzu ilə bağlı "Gundeminfo"ya Lənkəran Rayon İcra Hakimiyyətindən münasibəət bildirilib. Qarşı tərəfin təqdim etdiyi rəsmi açıqlamanı olduğu kimi təqdim edirik:
Parakənd kəndində qeyri-yaşayış sahəsinin söküntüsü barədə açıqlama
Lənkəran Şəhər İcra Hakimiyyəti rayonun inzibati ərazisində qanunsuz tikintilərin qarşısının alınması məqsədilə mütəmadi monitorinqləri davam etdirir. Növbəti monitorinq zamanı Lənkəran rayonunun Parakənd kəndində Astara rayon sakini İnətullayev Fariz Cəbrayıl oğlu tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən sahəsi ən çoxu 300 kvadrat metr olan istixanaların tikintisinə icazə tələb olunmadığı halda, vətəndaş tərəfindən müvafiq icazə alınmadan təxminən 5000 kv.m ölçüdə istixana obyekti inşa edildiyi aşkarlanmışdır.
Məsələ ilə əlaqədar aidiyyəti üzrə tədbirlər görülməsinə göstəriş verilməsindən ötrü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi məktub göndərilmişdir. Agentlik tərəfindən 21 yanvar 2025-ci il tarixdə 0002 nömrəli qərarla "Tikinti obyektinin sökülməsi barədə" Qərar qəbul edilərək qərarın icrasına başlanılmışdır.
Bundan başqa, şəhər İcra hakimiyyəti tərəfindən F.İnətullayevə rəsmi olaraq "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 30.05.2023-cü il tarixli 889-VIQD nömrəli Qanununa əsasən 01.01.2024-cü il tarixindən etibarən resbuplika ərazisində tikintiyə və istismara icazə verilməsi, eləcə də məlumatlandırma icraatı üzrə sənədləşmə işləri elektron informasiya resursu (e-tikinti.gov.az) vasitəsilə elektron qaydada həyata keçirildiyi bildirilmişdir. Lakin vətəndaş tərəfindən sözügedən informasiya resursu portalına heç bir müraciət daxil olmamışdır.
276 dəfə oxundu