Bakıda mobil telefonların nisyə satışına başlandı

Bakıda mobil telefonların nisyə satışına başlandı


Əhalinin gəlirlərinin azalması mobil telefon satışını həyata keçirən şirkətləri də şərtləri dəyişməyə vadar edib. Fins.az-ın məlumatına görə, artıq Bakıda mobil telefonların nisyə satışına başlanılıb. Söhbət “İrşad Electronics”in yeni kampaniyasından gedir. Şirkətdən fins.az-a verilən məlumata görə, fevral ayının 5-dən etibarən 4 telefon markasının həm də nisyə satışına başlanılıb.Belə ki, artıq “Alcatel”, “Blackberry”,“HTC” və “Nokia” telefonlarını 12 və 18 aylıq faizsiz kreditlə almaq mümkündür. Məsələn, “Nokia 930” modelini nəğd şəkildə 684 manata satılır. Telefonu eyni qiymətə olmaqla ayda 38 manata 18 aya ödəmə şərtiylə əldə etmək olar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...