Qeyri-neft sektorundakı ticarətdən kim daha çox qazanır: biz, yoxsa xarici ölkələr?

Qeyri-neft sektorundakı ticarətdən kim daha çox qazanır:
Ötən il Azərbaycanın cari əməliyyatlar balansında 4 milyard 671 milyon dollar həcmində profisit yaranıb.

Yeniavaz.com xəbər verir ki, cari əməliyyatlar balansı üzrə neft-qaz sektorunda 15 milyard 57 milyon dollar profisit, digər sektorlarda (qeyri-neft-qaz) isə 10 milyard 385,9 milyon dollar kəsr qeydə alınıb.

Qeyd edək ki, əvvəlki ildə neft-qaz sektorunda cari əməliyyatlar balansının profisiti 12% azalıb, digər sektorlarda isə cari əməliyyatlar balansının kəsiri 18,5% artıb. Nəticədə cari əməliyyatlar balansının profisiti 2023-cü illə müqayisədə 2024-cü ildə 44% azalıb.
Onu da qeyd edək ki, qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansı əvvəlki illərdə də kəsrlə başa çatıb.
Son 10 ildə qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri aşağıdakı kimi olub:

2015-ci il – 6,77 milyard dollar;
2016-cı il – 5,76 milyard dollar;
2017-ci il – 5,7 milyard dollar;
2018-ci il – 6,8 milyard dollar;
2019-cu il – 7,1 milyard dollar;
2020-ci il – 5,3 milyard dollar;
2021-ci il – 5,7 milyard dollar;
2022-ci il – 5,2 milyard dollar;
2023-cü il – 8,76 milyard dollar;
2024-cü il – 10,4 milyard dollar.

Məlumat üçün bildirək ki, cari əməliyyatlar hesabı tədiyyə balansının əsas bölmələrindən biridir və bir ölkənin xarici dünya ilə olan iqtisadi əməliyyatlarını əks etdirir. Buraya mal və xidmətlərin ticarəti, gəlirlər və transferlər daxildir.
Cari əməliyyatlar balansında profisitin (müsbət saldo) olması ölkənin xaricdən daha çox gəlir əldə etdiyini göstərir, bu da iqtisadiyyata və milli valyutaya müsbət təsir edir. Kəsr (mənfi saldo) isə ölkənin xaricə daha çox pul ödədiyini göstərir, bu da xarici borclanmanı artıra və milli valyutanın zəifləməsinə səbəb ola bilər. Bu baxımdan cari əməliyyatlar balansının uzunmüddətli kəsiri ölkə iqtisadiyyatı üçün risklər yarada bilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...