Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 11 may 2025-ci il tarixində keçiriləcək.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...