Özünü qatarın altına atan gənc FHN əməkdaşı imiş - FOTO

Özünü qatarın altına atan gənc FHN əməkdaşı imiş -
Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində işdən kənar vaxtda Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.

“Unikal” isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...