Nardaranda polis postlarının əksəriyyəti götürülüb

Nardaranda polis postlarının əksəriyyəti götürülüb


Nardaranda yerləşdirilmiş polis postlarının böyük əksəriyyəti yığışdırılıb.

Bu barədə APA-ya yerli sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, hazırda qəsəbənin yalnız giriş və çıxışında postlar qalmaqdadır. Qəsəbənin içərisindəki polis postları isə artıq götürülüb. Nardaran təhlükəsizliyə nəzarət edən Daxili Qoşunların da bir hissəsi qəsəbədən çıxarılıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hazırda qəsəbədə sakitlik hökm sürür və əməliyyat şəraiti tam nəzarət altındadır. Qeyd edək ki, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub. Polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla dəstənin xeyli sayda üzvü həbs edilib. Hadisədən sonra Nardarana Daxili Qoşunların qüvvələri yerildilib, qəsəbədə çoxlu sayda polis postu qoyulub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
354 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...