Bakıda metronun qarşısında qanlı olay: Ölən var

Bakıda metronun qarşısında qanlı olay: Ölən var


Bu gecə Bakıda qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının yaxınlığında, metronun "Həzi Aslanov" stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...