Məleykə Abbaszadə: "Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq"

Məleykə Abbaszadə: "Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq"


"Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib".

M. Abbaszadə onu da əlavə edib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir: "V qrup ixtisaslarının müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...