"Dilqəm və Şahbaz girovluqdan azad ediləcək"

"Dilqəm və Şahbaz girovluqdan azad ediləcək"


“Dilqəm Əsgərov və Şahbaz Quliyev Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu tərəfindən girovluqdan azad ediləcəklər”.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Onun sözlərinə görə, bu problemlə Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə özü məşğuldur və bütün görüşlərdə bu məsələni qaldırır.

Ə.Həsənov əlavə edib ki, prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də dəfələrlə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırıb: “Güman edirəm ki, Prezident İlham Əliyev bu gün də Rusiya Prezidenti ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldıracaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...