Sabahın hava proqnozu - Yağış, qar... + Xəbərdarlıq

Sabahın hava proqnozu -


Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 30-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Departament sentyabrın 30-dan oktyabrın 01-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağının gözlənildiyi, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı haqda xəbərdarlıq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...